Ermənistanda metro işçiləri də tətilə başladı

Ermənistanda metro işçiləri də tətilə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

İrəvan metropoliteninin əməkdaşları tətilə başlayıblar.

“A24.az” xəbər verir ki, onlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyasına qoşulduqlarını bəyan ediblər.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.

Etiraz aksiyalarının rəhbəri N.Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar