A24 Xeber

Ermənistanda “məxməri inqilab” bir neçə günə yekunlaşacaq?

Ermənistanda “məxməri inqilab” bir neçə günə yekunlaşacaq?
30
20 Aprel 2018 - 13:49

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.

Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00