A24 Xeber

Ermənistanda nazir istefa verdi: “Şəxsən küçəyə çıxıram”

Ermənistanda nazir istefa verdi: “Şəxsən küçəyə çıxıram”
57
25 Aprel 2018 - 13:51

Ermənistanın idman və gənclərlə iş üzrə naziri vəzifəsini icra edən Qraç Rostomyan istefa verib.

Bu barədə “a24.az” Ermənistan mətbuatına istinadən məıumat verir.

O, bəyanatında qeyd edib: “Ermənistan dövlətçiliyi uğrunda mühüm məqamı və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, idman və gənclərlə iş üzrə nazir vəzifəsindən istefa verirəm. “Çiçəklənən Ermənistan” partiyasının tərəfdarı kimi, mən partiyanın lideri Qaqik Tsarukyanın çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram”.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00