A24 Xeber

Ermənistanda vəziyyət gərginləşdi: Polkovnik banka hücum etdi – Ölən və yaralananlar var

Ermənistanda vəziyyət gərginləşdi: Polkovnik banka hücum etdi – Ölən və yaralananlar var
48
03 May 2018 - 16:47

Ermənistanda “HSBC” bankının Yerevandakı filialında silahlı atışma baş verib.

A24.Az  erməni mediasına istinadən xəbər verir ki, polis polkovniki bu banka silahlı hücum edib.

Ermənistan polisinin mətbuat xidmətindən verilən məlumata görə, Daniel Danielyan Ermənistan Mərkəzi Yol Polis və yol hərəkəti qaydalarının pozulmasının video qeydiyyat bölməsinin rəhbəridir.

Qeyd edək ki, banka silahlı hücum edən polis polkovniki iki təhlükəsizlik əməkdaşını yaralayıb, onlardan biri ölüb. O, saxlanılarkən müqavimət göstərib və bir polis nəfərini yaralayıb.

Orxan Aslanlı, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00