A24 Xeber

Ermənistanda yeni Baş Nazir postuna seçkilər…

Ermənistanda yeni Baş Nazir postuna seçkilər…
62
24 Aprel 2018 - 17:04

Ermənistanda yeni baş nazirin seçkiləri may ayının 2-də keçirilə bilər.

A24.Az-in məlumatına görə, bu barədə Ermənistan parlamentinin komissiya başçısı bildirib.

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00