Ermənistanda yeni Türkiyə qorxusu

Ermənistanda yeni Türkiyə qorxusu
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə ilə Rusiya arasında yaxınlaşma Ermənistan cəmiyyətində narahatlıqla izlənilir.

A24.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, düşmən ölkənin siyasi təhlilçiləri Ankara ilə Moskvanın münasibətləri normallaşdırmasından narahatlıqlarını gizlətmirlər.

Riçard Kirakosyan - erməni politoloq
Riçard Kirakosyan – erməni politoloq

1in.am saytına müsahibə verən Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan da bu barədə fikir səsləndirərək, Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşə biləcəyini deyib: “Türkiyə və Rusiya yenidən rəqibə çevrilə bilərlər. Ermənistan buna hazır olmalıdır”.

Bu barədə A24.Az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, erməni politoloqun bu gözləntisi əsassızdır:

Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

“Türkiyə ilə Rusiya arasında münasibətlər ssürətlə normallaşır və bir müddət əvvəl pozulmuş əlaqələr artıq sürətlə bərpa olunmaqdadır. Hər iki tərəf bu münasibətlərin inkişaf etdirilməsində maraqlı görünür. Eyni zamanda, həm Türkiyənin, həm də Rusiyanın Qərblə münasibətlərindəki indiki gərginlik onları tərəfdaşlığa sövq edir. Ona görə də, yaxın gələcəkdə Türkiyə ilə Rusiya arasında yenidən gərginlik yaranacağını düşünməyə əsas yoxdur. Digər tərəfdən, Ermənistan öz müstəqilliyini faktik olaraq itirmiş bir ölkədir və onun proseslərin hər hansı yöndə yöndə inkişafına hazırlıqları heç bir əhəmiyyət daşımır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar