A24 Xeber

Ermənistandakı etiraz dağlası qorxulu kabusa çevrildi: Prezident çağırış etdi, deputatlar həbs edildi…

Ermənistandakı etiraz dağlası qorxulu kabusa çevrildi: Prezident çağırış etdi, deputatlar həbs edildi…
53
22 Aprel 2018 - 21:00

Ermənistanda Respublika meydanında mitinq iştirakçıların aktivliyi daha da artıb.

A24.Az news.am saytına istinadən xəbər verir ki, saat 16:00-dan meydana toplaşamağa başlayan mitinq iştirakçılarının sayı kəskin artıb.

Günün ikinci yarısına olan məlumatına görə, 228 nəfər polis bölməsinə aparılıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan ölkədə günlərdir davam edən etiraz aksiyası ilə bağlı bildirib ki, ölkədə vəziyyət təhlükəli həddə çatıb. O, etirazçıları təmkinli olmağa və dialoq axtarmağa çağırıb.

Qeyd edək ki, bu gün İrəvanda Ermənistan baş naziri Serj Sərkisyan və onun istefasını tələb edən müxalifət lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz başa çatıb. «Marriott Armenia» otelində keçirilən görüşün əvvəlində S. Sərkisyan danışıqların jurnalistlərin iştirakı ilə aparılmamalı olduğunu bildirib. N. Paşinyan isə görüşdə yalnız S. Sərkisyanın istefası məsələsinin müzakirə olunacağını söyləyib. S. Sərkisyan isə deyib ki, əgər N. Paşinyan bu tonda danışacaqsa, o, hüquqi müstəviyə qayıtmağı məsləhət görür, əks halda baş verəcək hadisələrə görə məsuliyyət N. Paşinyanın üzərində qalacaq. N. Paşinyan heç kimin təhdid dilində danışmadığını, S. Sərkisyanın ölkədəki vəziyyəti təsəvvür edə bilmədiyini, ölkədə hakimiyyətin xalqa keçdiyini vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00