Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bağlanır - Səbəb?

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası bağlanır – Səbəb?
Want create site? Find Free WordPress Themes and plugins.

Cümə günü Metsamor AES-in reaktoru təmirə dayandırılır.

“A24.az” xəbər verir ki, avqustun 1-də 4 nömrəli, qismən modernləşdirilmiş turbo aqreqata malik enerji blokunun işə salınması nəzərdə tutulur. 3 nömrəli turbo aqreqatın istismara verilməsi bu ilin dekabrına qədər planlaşdırılır.

Aparılan işlər nətcəsində enerji blokunun çıxış gücünün artması gözlənilir.

Reaktorlarının istismar müddəti çoxdan bitmiş olmasına baxmayaraq, Ermənistan hökumətinin proqramına AES-in istifadəsini 2026-ci ilə qədər davam etdirmək və yeni enerji bloklarının yaradılmasını həyata keçirmək daxildir.

Qeyd etmək lazımdır ki, Metsamor atom elektrik stansiyası regionda yeganə bu tipli qurğudur və 1986-cı ildə qəza nəticəsində fəaliyyəti tam dayandırılmış Çernobol atom elektrik stansiyasının texnologiyasına əsasən yaradılmışdır. Erməni AES-in ilk enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə yanvar 1980-ci ildə istifadəyə verilmişdir. 1988-ci ilin dekabrında Spitak zəlzələsindən sonra 1989-cu ilin martında Metsamor AES-in fəaliyyəti dondurulmuşdur. İkinci enerji bloku 1995-ci ilin noyabr ayında respublikada baş verən enerji böhranı səbəbindən yenidən istifadəyə verildi.

Xatırladaq ki, Avropa İttifaqı atom elektrik stansiyanın bağlanılması üçün 100 milyon avro məbləğində yardım təklif edirdi, lakin Ermənistan bu təklifdən imtina edib milyonlarla insanın həyatını təhlükə altına atdı.

Ermənistan Metsamor atom elektrik stansiyasının bağlanması ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin təkliflərinə də heç bir məhəl qoymur.

Ekoloq və alimlərin fikrincə, bu bölgənin seysmoloji aktiv vəziyyəti, Metsamordakı nüvə elektrik stansiyasının istismarını olduqca təhlükəli bir məsələyə çevirir. Nəzərə alsaq ki, həmin AES-in istismar müddəti illər öncə bitib, onun gələcək istifadəsi bütün region üçün böyük fəlakətlə nəticələnə bilər.

Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar