A24 Xeber

Ermənistanın sabiq 3 müstəntiqi həbs edilib

Ermənistanın sabiq 3 müstəntiqi həbs edilib
28
29 Avqust 2018 - 8:23

Ermənistanın İstintaq Komitəsinin bir neçə sabiq müstəntiqi həbs edilib.

“A24.az” xəbər verir ki, bu barədə “news.am”a İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar rüşvət almaqda ittiham edilirlər.

Xüsusi İstintaq Xidmətində faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaq zamanı məlum olub ki, İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinin sabiq baş müstəntiqi Tatul Şuşanyan, həmin idarənin keçmiş baş müstəntiqi Araik Nersisyan və idarənin Xüsusi Mühüm İşlər üzrə baş müstəntiqi Artak Ovannisyan öz səlahiyyətlərindən sui-istifadə ediblər.

Bundan başqa, Ovannisyan və Şuşanyan aşkar qanunsuz hərəkətlərin törədilməsinə görə külli miqdarda rüşvət alıblar.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00