A24 Xeber

Ermənistanın Xarici işlər naziri: “Türkiyə ilə münasiətləri normallaşdırmağa hazırıq”

Ermənistanın Xarici işlər naziri: “Türkiyə ilə münasiətləri normallaşdırmağa hazırıq”
572
11 Mart 2017 - 9:18

Təcavüzkar Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan Yunanıstanın Xarici işlər naziri ilə mətbuat konfransında iştirak edib.

A24.Az xəbər verir ki, Yunanıstanın Xarici işlər naziri Nikos Kocyas ilə İrəvanda baş tutan görüşün ardından mətbuat konfransına qatılan Nalbandyan Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib: “Bildiyiniz kimi, Ermənistanın prezidenti Serj Sarkisyan türk-erməni münasibətlərini düzəltməyə başladı, ancaq Türkiyə anlaşmaqdan yan keçdi”.

Nalbandyan bildirib ki, Türkiyə onun ölkəsinə hörmətsizlik edib: “Ermənistan Türkiyə ilə münasibətləri heç bir şərt olmadan normallaşdırmağa hazırdır. Ümid edirik ki, Türkiyə də bir gün belə düşünər və digər ölkələrlə etdiyi razılaşmalara hörmət edər”.

Qeyd edək ki, Türkiyənin Ermənistanla sərhətlərini bağlaması təcavüzkar ölkənin iqtisadiyyatına zərər vurur. Ermənistan qapıların yenidən açılmasını istəyir. Fəqət Türkiyə bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının işğal etdiyi müddətdə sərhədlər açılmayacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00