A24 Xeber

Əsəd qana doymadı – 2 kilometr irəliləyəcəkləri təqdirdə ikiyə bölünəcək

Əsəd qana doymadı – 2 kilometr irəliləyəcəkləri təqdirdə ikiyə bölünəcək
113
07 Mart 2018 - 19:51

Suriya hökuməti qüvvələri və onları dəstəkləyən qüvvələr blokada şəraitindəki Şərqi Qutada irəliləməkdədirlər.

A24.az xəbər verir ki, Şərq-qərb istiqamətində daha 2 kilometr irəliləyəcəkləri təqdirdə bölgə iki yerə bölünmüş olacaqdır.

Bəşəq Əsəd hökuməti martın 3-də BMT TŞ-nin atəşkəs qərarı verməsinə rəğmən, Rusiyanın hadvadan dəstəyi ilə quruda əməliyyata başlamışdı.

BMT-nin fevralın 24-də verdiyi qərara görə, başqa Şərqi Quta olmaqla, ümumilikdə Suriyada dinc əhali üçün humanitar atəşkəsin elan edilməsi tələb olunmuşdu.

BMT TŞ-nın qərarından sonra, fevralın 27-də Rusiya atəşkəsin hər gün yerli vaxtla 09.00-14.00 arasında olacağını və Suriya hökumətinin bu rejimə uyğun hərəkət edəcəyini bəyan eləmişdi.

Şərqi Quta 5 ildir ki, müxalifətçilərin nəzarətindədir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00