Əsəd rejimi Afrinə girəcək - Terrorçuların qarşısına şərtlər qoyuldu!

Əsəd rejimi Afrinə girəcək – Terrorçuların qarşısına şərtlər qoyuldu!
Want create site? Find Free WordPress Themes and plugins.

Terror təşkilatı YPG və Əsəd rejiminin Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun başlatdığı təmizləmə əməliyyatının qarşısını almaq üçün Afrinə Əsəd rejiminə məxsus qüvvələrin göndərilməsi yönündə anlaşdığı iddia edilir.

“A24.az” bildirir ki, Livanda yayımlanan “Mayadeen” televiziya kanalı mövzu ilə bağlı məlumatı olan mənbəyə istinad edərək verdiyi xəbərdə terror təşkilatı YPG və Əsəd rejiminin Afrinə girmək üçün artıq anlaşdıqlarını irəli sürüb. Xəbərdə qeyd edilib ki, Afrinin qorunması və TSQ ilə yanlarında olan qüvvələrin hücumlarına qarşı qərar verildiyi bildirilib.

“Sputnik”ə danışan ABŞ Xarici İşlər Nazirliyindən əlaqədar şəxs mövzu ilə bağlı məlumatlı olmadıqlarını deyiblər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözcüsü Erik Pahon “Sputnik”ə verdiyi açıqlamada “Müdafiə Nazirliyi Afrində əməliyyat həyata keçirmir və heç bir şəkildə təmsil edilmir. Belə bir diplomatik anlaşma varsa, bu Xarici İşlər Nazirliyinin işidir, Müdafiə Nazirliyinin deyil” deyib.

“Russia Today”ə (RT) danışan bir qaynaq da terror təşkilatı YPG Türk Silahlı Qüvvələrinə qarşı Şamdan dəstək istədiyini, ancaq Şamın irəli sürdüyü şərtləri yerinə yetirmək istəmədikləri üçün razılığa gəlmədikləri bildirilib: “YPG silahlarını Şama təslim etmək şərtini rədd etdi. Bu səbəblə danışıqlar razılığa gəlinmədən bitdi” deyə, mənbədə bildirilib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar