A24 Xeber

Əsəd Gürcüstan torpaqlarını müstəqil dövlət kimi tanıdı

Əsəd Gürcüstan torpaqlarını müstəqil dövlət kimi tanıdı
39
29 May 2018 - 14:45

Suriya beynəlxalq arena tərəfindən qəbul olunmayan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, tərəflər beynəlxalq hüququn təməl prinsiplərinə sadiq olduqlarını və gələcəkdə əməkdaşlıq edəcəklərini bildiriblər.

Bundan əlavə, Suriya Sxinvali (Cənubi Osetiya) və Sxumidə (Abxaziya) qarşılıqlı olaraq səfirlik səviyyəsində diplomatik nümayəndəlik açacaq.

Qeyd edək ki, Abxaziya 1992, Cənubi Osetiya isə 2008-ci ildə Rusiyanın dəstəyi ilə qarşıdurmalar nəticəsində Gürcüstandan ayrılaraq müstəqilliklərini elan ediblər. Lakin beynəlxalq arena tərəfindən müstəqil dövlət kimi qəbul olunmurlar. Sözügedən ölkələri bugünə qədər Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvalu tanıyıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00