Əsəd terror təşkilatını, ABŞ isə Əsədi vurdu - Nəyə görə?

Əsəd terror təşkilatını, ABŞ isə Əsədi vurdu – Nəyə görə?
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyanın Deyrizor bölgəsində PYD/PKK və rejim qüvvələri arasında şiddətli atışma yaşanıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, rejimin ələ keçirdiyi kəndləri terror təşkilatı PYD/PKK ABŞ hərbi təyyarələri və Apaçi helikopterlərinin havadan dəstəyi ilə geri alıb.

Məlumata görə, aprelin 29-u səhər saatlarında rejim qüvvələri Fıratın şərqində və Deyrizorun qərb sərhəddində yerləşən Cenine Caya Hisan və Şakra kəndlərinə hücum edərək həmin əraziləri ələ keçiriblər.

Terror təşkilatı PYD/PKK bölgədəki düşərgələrdən dəstək göndərərək həmin kəndlərə hücum edib. Terror təşkilatı PYD/PKK ABŞ hərbi təyyarələrinin və Apaçi helikopterlərinin havadan dəstəyi ilə adıçəkilən kəndləri geri alıb.

Silahlı qarşıdurma zamanı rejim qüvvələrindən ən azı 20 nəfər, PYD/PKK-lılardan isə 5 terrorçu ölüb.

Deyrizorun əhəmiyyəti…

İraq sərhəddi yaxınlığında yerləşən Deyrizor ölkənin ən böyük enerji qaynaqlarına ev sahibliyi edir. PYD/PKK ötən ilin son 4 ayı ərzində rejim qüvvələri ilə birlikdə Deyrizor sahillərinin enerji qaynaqlarının çoxluq təşkil etdiyi şimal-şərqinə, yəni Fırat çayının şərqinə kimi irəliləyib.

Hazırda Deyrizorda, Fırat çayının şərqinə PYD/PKK, qərbinə Əsəd rejimi, cənubundakı kiçik bir sahəyə isə İŞİD sahiblənib.

 A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar