A24 Xeber

Əsəd “vətən xaini” dediyi YPG ilə ittifaq qurdu: Türkiyəyə qarşı birləşək – VİDEO

Əsəd “vətən xaini” dediyi YPG ilə ittifaq qurdu: Türkiyəyə qarşı birləşək – VİDEO
101
05 Mart 2018 - 15:57

Suriya lideri Bəşər Əsəd Türkiyənin sərhəddində gerçəkləşdirdiyi “Zeytun budağı” əməliyyatına qarşı əsgərlərini göndərdiyini bildirib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bəşər Əsəd Afrin əməliyyatı ilə bağlı açıqlamalar verib.

Afrində Türkiyənin başlatdığı əməliyyata qarşı YPG ilə rejim qüvvələrinin danışıq içərisində olduğunu etiraf edən Əsəd “qüvvələrimizin Afrinə girməsi olduqca normaldır. Yadellilərin təhdidi müzakirə mövzusu olan zaman bütün şəraitdə birləşmək məcburiyyətindəyik. Suriyadakı qüvvələr birləşməlidir” ifadələrini işlədib.

Qeyd edək ki, Afrinin ətrafını mühasirəyə alan Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu bölgədə davam edən sistemli əməliyyat nəticəsində ətrafda olan kənd və təpələri ələ keçirərək şəhərə doğru irəliləyir.

Məkirli ittifaq: Rejim qüvvələri və YPG-nin birləşməsi…

Suriyada terrorun bitməməsi üçün hər gün müxtəlif planlar ortaya atılır. Bəşər Əsəz bundan əvvəl YPG-lilər üçün “vətən xaini” deyirdisə, bu gün Türkiyənin bölgədə yürütdüyü fəaliyyətlər nəticəsində Əsəd rejimi xain dediyi YGP-li terrorçularla ittifaq qurub. Bunu daha əvvəl təsdiqləməkdən qaçan YPG-li terrorçular və rejim tərəfdarları artıq bu birliyin yarandığını gizlətmir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00