Əsədin 600 əsgərini mühasirədən çıxaran şəxs Türkiyədə tutuldu - FOTO

Əsədin 600 əsgərini mühasirədən çıxaran şəxs Türkiyədə tutuldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Lazkiye bölgəsində tutduğu Yusif Nazikin Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu müəyyən edib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Reyhanlı soyqırımı ilə bağlı iddiada təqsirkar olan Yusif Büyükkasım ifadəsində Nazikin 500-600 Suriya əsgərini müxalifətçilərdən azad etdiyi üçün Suriyada etibar qazanmasından danışıb.

Hatay vilayətinin Reyhanlı rayonunda 11 May 2013-cü ildə 53 vətəndaşın həyatını itirdiyi bombalı hücum planlaşdıran Yusif Nazikin, Ankara Polisi Terrorla Mübarizə Şöbə Qərargahındakı sorğu prosesi davam edir. Prokurorluq tərəfindən ifadəsi alınması gözlənilən və daha sonra Reyhanlı işinin aparıldığı Ankara 9-cu Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxacaq olan Nazikin Suriya kəşfiyyatıyla əlaqəsini ortaya çıxaran dəlillər, iddianın əsaslı qərarına da daxil edilib.

Məhkəmədə müttəhim olan Nasir Eskiocak cinayət işində yer alan ifadəsində, Hacı kod adlı kəşfiyyatçı Yusif Nazik vasitəsilə tanış olduğunu deyib. Hacının özünü və Yusif Nazikin Ankaraya kəşfiyyat üçün göndərdiyini bildirən Eskiocak “Türkiyədə bombalı hücum etmək tapşırığını verən və bu işləri Suriya tərəfində təşkil edən şəxs Hacıdır. Reyhanlıda istifadə olunan partlayıcıları təmin edən və bu işlər üçün mənə 30 min dolları verən də yenə Hacıdır”. Eskiocakın məhkəmədəki ifadəsi, Yusif Nazikin sözügedən kəşfiyyatçılarla qaçaq alkoqol və narkotik ticarəti apardığını da aşkarlığa çıxarıb. Buna görə, Eskiocak Nişan adlı şəxsin Lazkiyənin Keseb bölgəsində böyük bir marketi olduğunu qeyd edərək bunları deyib:

“Bütün qaçaq viski, mazut və digər materiallar bu adamdan keçir. Erməni əsilli Suriyalı olan bu adamdan aylardan bəri qaçaq araq və viskiləri alıb Türkiyəyə gətirirdik”. “Yenə Yusif Nazik başqa yerdən aldığı viski, araq və qaçaq əşyaları bu adamın köməyi ilə Türkiyəyə gətirirdik. Narkotiklər Hacı deyilən kişinindir. Türkiyədə kimə veriləcəyini bilmirəm. Bu narkotiklərin pulunu mikroavtobusları buraxdığımız yerdən alacaq adamlar Hacıya verəcəkdi. Biz də razılaşdığımız pulu Hacıdan alacaqdıq”. Eskiocakın bundan başqa, Hacı ləqəbli Suriyalı kəşfiyyatçının “Sənə zəmanət verirəm ki, Türkiyədə hara getsəniz, sizi heç kim dayandırmayacaq” – ifadəsini səsləndirməsi diqqət çəkdi. Ankara Baş Prokurorluğu, Polisdəki sorğusu davam edən Yusif Nazik haqda yeni istintaq işi açıb. Prokurorluq bu çərçivədə Hatay Respublika Prokurorluğunun Reyhanlı təcavüzünə dair ittihamnaməsi, Ankara 9-cu Ağır Cinayətlər Məhkəməsinin hadisəyə dair verdiyi qərarı araşdırır. İttiham aktı və müttəhimlərin mühakimə etmə mərhələsindəki müdafiə etmələrini nəzərdən keçirəcək olan prokurorluq Naziki bu istiqamətdə mühakimə edəcək. Sorğuda yeni şübhəlilərin ortaya çıxacağı halda istintaq işi daha da genişləndiriləcək.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar