Əsrlərdir müharibə olmayan İsveçdə döyüşə hazırlıq görülür

Əsrlərdir müharibə olmayan İsveçdə döyüşə hazırlıq görülür
Want create site? Find Free WordPress Themes and plugins.

200 ildir müharibə görməyən şimali Avropa ölkəsi İsveçdə müharibəyə hazırlıq vəziyyəti yaradılıb.

“A24.az” xəbər verir ki, İsveç hökuməti ölkədə olan 4,8 milyon ailənin hər birinə müharibə şəraitində edilməsi vacib olan savaşla bağlı məlumatları paylamağa hazırlaşır.

“Krizis və ya müharibə olarsa” başlığı altında olan bildirişdə saxta xəbərləri seçməkdən tutmuş fövqəladə hallarda ediləcəklərə qədər bir çox məlumat var. Hərbi qarşıdurmalar və terror hücumları zamanı isveçlilər üçün vacib məqamlar da siyahıda yer alıb.

20 səhifədən ibarət olan broşürün üzərində müharibə şəraitindəki əsgərlərin, təbii fəlakətdən qaçan insanlar və kompüter arxasındakı kiber təklükəsizliyə kimi görüntülər var.

Xatırladaq ki, İsveç II DünyaMüharibəsində belə tərəfsizliyini qorumuş və 200 ildir ki, sülh şəraitində yaşayır. Lakin paylanılan broşürlər İsveç xalqına mövzuyla bağlı laqeyid olmamağa çağırış edir. Broşürdə qırmızı xananın içərisinə yazılan “Əgər İsveç başqa bir ölkənin hücumuna məruz qalarsa, əsla vaz keçən deyilik. Müqavimətin dayandırılmasına qarşı bütün məlumatlar yanlışdır” ifadələri yer alır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar