Etibar Pirverdiyev Baş nazirin müaviniylə Mingəçevirə getdi

Etibar Pirverdiyev Baş nazirin müaviniylə Mingəçevirə getdi
Want create site? Find Free WordPress Themes and plugins.

Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.

“A24.az”ın APA-ya istinadən verdiyi a görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar