ETSN Lənkəranda 6 obyekti cərimələdi - SİYAHI

ETSN Lənkəranda 6 obyekti cərimələdi – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər davam etdirilir.

Bu barədə A24.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Lənkəran rayonu Xəzər dənizi sahili zonasında fəaliyyət göstərən “Delfin” ictimai-iaşə obyektində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı, “Meduza”, “Su pərisi”, “Panarama”, “Məşədi”, “Gəl arada bir” ictimai iaşə obyektlərində isə əmələ gələn məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

 A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar