A24 Xeber

ETSN zavoddakı yanğınla bağlı araşdırma işlərinə başlayıb

ETSN zavoddakı yanğınla bağlı araşdırma işlərinə başlayıb
32
03 İyun 2018 - 19:22

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumatda bildirilir ki, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00