“Eurovision 2018” təmsilçimiz Aysel: “Mahnının sözlərində güclü bağlılıq hiss etdim” - VİDEO

“Eurovision 2018” təmsilçimiz Aysel: “Mahnının sözlərində güclü bağlılıq hiss etdim” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi bu gün təqdim olunacaq.

A24.az xəbər verir ki, Aysel Avropa səhnəsində ifa edəcəyi mahnı ilə bağlı İTV-yə açıqlama verib. O bildirib ki, studiyada musiqi yazılarkan bəstə onda xoş emosiyalar və ruh yüksəkliyi yaradıb:

“Mahnının sözlərində güclü bir bağlılıq hiss etdim. Bu, mənim hamıya çatdırmaq istədiyim ismarıcdır: özünəinam səni hətta top mərmisindən də güclü edir. Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir hissəsi ilə bağlılığını qeyd etməsi çox xoşuma gəldi. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.

Azərbaycan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya, Ukrayınadan olan professionalların birgə işini vurğulamaq istəyərdim. Mənim üçün “Eurovision” insanları musiqi vasitəsilə birləşdirən müsabiqədir. Bu tədbirdə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir”.

Məlumat üçün bildirək ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar