A24 Xeber

“Eurovision 2018” təmsilçimiz ilk məşqini keçirdi – VİDEO

“Eurovision 2018” təmsilçimiz ilk məşqini keçirdi – VİDEO
49
29 Aprel 2018 - 15:32

Bu il ölkəmizi “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

A24.Az xəbər verir ki, onun məşq videosu “Youtube” portalında yayımlanıb.

Ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edir.

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00