A24 Xeber

“Eurovision-2019” bu şəhərdə keçiriləcək – İsrail təsdiqlədi

“Eurovision-2019” bu şəhərdə keçiriləcək – İsrail təsdiqlədi
30
13 Sentyabr 2018 - 15:49

“Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçıları yarışmanın gələn il İsrailin Təl-Əviv şəhərində keçiriləcəyini təsdiqləyiblər.

A24.Az xəbər verir ki, bu barədə müsabiqənin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, müsabiqənin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, bu il keçirilən müsabiqəni “Toy” (Oyuncaq) mahnısını ifa edən İsrail müğənnisi Netta Barzilai qazanıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyahu “Eurovision-2019″un Qüdsdə keçiriləcəyinə dair vəd vermişdi.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00