A24 Xeber

“Eurovision-2019” mahnı müsabiqəsi Qüdsdə keçiriləcək

“Eurovision-2019” mahnı müsabiqəsi Qüdsdə keçiriləcək
76
13 May 2018 - 12:52

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.

“A24.az”ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı “Twitter” sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netenyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00