A24 Xeber

Ev-ofislərdə qiymətlər neçəyədir? – VİDEO

Ev-ofislərdə qiymətlər neçəyədir? – VİDEO
50
31 Yanvar 2018 - 3:21

Bəzi şirkətlər biznes plazalardan daha çox, yaşayış binalarındakı adi mənzillərdə ofis açmaqda maraqlıdırlar. Buna səbəb isə qiymətlərin belə ofislərdə daha ucuz olmasıdır.

“XəzərXəbər” paytaxtın müxtəlif rayonlarında ev-ofislərin qiymətlərini araşdırıb.

Bəzi şirkət və iş yerləri biznes mərkəzləri ilə yanaşı, yaşayış binalarından mənzilləri də ofis kimi kirayə götürürlər.

Adətən 3, 4 və 5 otaqlı olan belə mənzillər kiçik və orta həcmli şirkətlər tərəfindən ofis kimi kirayələnir. Bu da əsasən ev-ofislərin qiymətlərinin daha münasib olması ilə əlaqədardır… Belə ki, biznes plazalarda ofislərin 1 kvadratmetrinin qiyməti ev-ofislərlə müqayisədə xeyli yüksəkdir.

Ev-ofislərin qiymətləri onların paytaxtda yerləşmə yerlərindən asılı olaraq dəyişir. Ən ucuz ev ofislər Nərimanov, ən bahalı olanları isə Səbail rayonunda yerləşir.

Onu da qeyd edək ki, ev-ofis xidmətində minimal olaraq mebel, stol, oturacaqlar, telefon və həmin yerdə işləyənlərin avtomobillərini park etmələri üçün dayanacaq ehtiyacı təmin edilir. Bütün bunlar hamısı aylıq ödənişə daxildir.

https://youtu.be/MEdRHT_NI-Y

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00