A24 Xeber

Ev şəraitində öz kreminizi ÖZÜNÜZ hazırlaya bilərsiniz: RESEPT

Ev şəraitində öz kreminizi ÖZÜNÜZ hazırlaya bilərsiniz: RESEPT
55
31 May 2018 - 19:20

Dünya artıq geni dəyişdirlməmiş qidalardan təbii vasitələrlə hazırlanmış məhsullara geri qayıdır.

A24.Az xəbər verir ki, siz hətta öz əl və bədən kremlərinizi də özünüz hazırlaya bilərsiniz.

Bunun üçün sizə:

2 yemək qaşığı rəndədən keçirilmiş bal mumu

2 yemək qaşığı hind qozu yağı

1 çay qaşığı E vitamini yağı

2 damcı şirin badam yağı

2 damcı zeytun yağı

7-8 damcı lavanda yağı

Bəs bunlardan necə krem hazırlaya bilərik?

Şüşə qab götürürük, 2 yemək qaşığı rəndədən keçirilmiş bal mumunu və 2 yemək qaşığı hind qozu yağını ora əlavə edirik. Həmin şüşə qabı isə buxar vannasında əritmək lazımdır. Yəni şüşə kasanı dəyişdirmədən daha böyük qabın içinə qoyun və ora qaynar su əlavə edin . Qaynar su böyük kasanın içinə töküləcək. Bu isti su isə sizin qarışımınızı əridə bilməniz üçündür.

Həmin adıçəkilən ləvazimatlar əridikdən sonra 1 çay qaşığı və ya 1 ampula E vitamini əlavə edin, 2 damcı şirin badam yağı, 7-8 damcı lavanda yağı və 2 damcı zeytun yağı da əlavə etdikdən sonra birlikdə onları yaxşı-yaxşı qarışdırın. Məhlulu istədiyiniz krem qabına tökün. Bərkidikdən sonra istədiyiniz zaman gecə və gündüz istifadə edə bilərsiniz.

Qeyd edək ki, təbii üsulla hazırlanan kremlərdə saxlama müddəti ilə bağlı məhdudiyyət olmur.

 

Xəyalə Vaqif / A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00