Evləri başlarına uçdu - UŞAQLAR İMDAD DİLƏYİR-VİDEO

Evləri başlarına uçdu – UŞAQLAR İMDAD DİLƏYİR-VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bura Şamaxı rayonunun Meysəri kəndidir. Hazırda bu evdə iki körpə uşaq və anası yaşayır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib. Uşaqların atası ruhi xəstədir, Maştağada müalicə alır. Evin xanımı – Həsənova Hənifə işləmir, bir qarnı ac, bir qarnı tox uşaqlarını böyütməyə çalışır. Ailənin aylıq gəliri 115 manat civarındadır. Çətindir… Sosial yardım da ala bilmirlər. Qarşıdan da qış gəlir. Qaz idarəsindən də gəlib deyiblər ki, ev yaşanılası vəziyyətdə deyil, hər an uça və partlayış baş verə bilər. 6 aydan çoxdur ki, ev bu vəziyyətdədir.

Evin balaca uşağı Aysun bu il məktəbə (hazırlğa) gedəcək. Onun məktəbli geyiminə, dəftərə, qələmə, məktəb çantasına, isti geyimlərə ehtiyacı var. Çox çətin durumdadlar.

İmkansızlıqdan eşitmə və nitq qabiliyətini itirən balaca Salmanı lal və kar uşaqlar üçün xüsusi internat məktəbinə yazdırıblar.
Aysun oxuyub həkim olmaq istəyir. Bu təsadüf deyil, qardaşını və atasını ondan uzaq salan elə xəstəliklərdir…

Dövlətimizdən, imkanlı şəxslərdən xahiş edirik, bu ailənin səsinə səs verin!

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar