A24 Xeber

Evlilik proqramının iştirakçısı Prezidentliyə namizəd oldu- FOTOLAR

Evlilik proqramının iştirakçısı Prezidentliyə namizəd oldu- FOTOLAR
131
03 May 2018 - 15:22

Evlilik proqramı ilə məşhurlaşan Canər Toyqar bu dəfə də siyasətdə özünü sınamaq qərarına gəlib.
A24.Az xəbər verir ki, Toyqar namizədliyə namizədliyini AK partiyasından təqdim edib.

Hətta o bu haqda öz sosial mediya profilindən şəkil də paylaşıb. Bir çoxları tərəfindən zarafat kimi qəbul edilsə də, Caner Toyqar rəsmi olaraq müraciyətini edib və əgər 100 min səs toplaya bilsə, prezidentliyə namizədliyini irəli sürəcək.

O: “Çətin vəziyyətdən keçən ölkəmizin bu yolda yanında mən də varam. AK partiyası ilə övladlarımızın, gənclərimizin daha gözəl üfüqlərə, daha dəyərli sabahlara qovuşması, daha güclü bir Türkiyə üçün mən hə deyirəm… AK partiyası, İstanbul 3-cü bölgəsinin millətvəkili namizəd namizədliyi Caner Toyqar”- şərhinə öz şəklini də əlavə edib.

Xatırladaq ki, O 2003-cü ildə “Biz evlənirik” proqramı ilə məşhurlaşmışdı. Həmin dövrdə Tülin- Caner hamının çox bəyəndiyi cütlük idi. Böyük çətinliklər yaşayan cütlük ayrılmış, 2015-ci ildən sonra Caner Toyqar yenə də “Esra Erolla izdivac” prqoramına qatılmağa başlamışdı. Böyük rəğbət görən Toyqar Bərkə adlı xanımla evlənsə də bu münasibət də uğursuz oldu.

X.V, A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00