A24 Xeber

 

ABŞ-ın Kaliforniya ştatının sakini Darrel Hemilton sevgilisi Rianna Feyə sürpriz etmək qərarına gəlmişdi. O, təyyarədə Riannaya evlilik təklifi etmək istəyirdi.

A24.Az xəbər verir ki, Darrel önəmli hadisənin görüntülərini çəkmək üçün salona videokamera da quraşdırmışdı.

Lakin o, orqanizminin təyyarədə uçuşa reaksiyasını təcminləyə bilməmişdi. Təyyarəyə əyləşəndən az sonra Darrel Hemiltonda ürəkbulanma başlayıb. Fəqət o, niyyətini gerçəkləşdirməkdə qərarlı olub. Təyyarə Ridli şəhərinin üzərindən uçanda Darrel içində üzük olan qutunu açıb və Riannadan soruşub: “Mənə ərə gələrsənmi?” Bunu deyən kimi Darrelin ürəyi bulanıb və o, təyyarənin salonuna qusub.

Rianna pərt olmayıb və Darrelin təklifinə “Hə!” deyib.

Milli.Az

  ABŞ-ın Kaliforniya ştatının sakini Darrel Hemilton sevgilisi Rianna Feyə sürpriz etmək qərarına gəlmişdi. O, təyyarədə Riannaya evlilik təklifi etmək istəyirdi. A24.Az xəbər verir ki, Darrel önəmli hadisənin görüntülərini çəkmək üçün salona videokamera da quraşdırmışdı. Lakin o, orqanizminin təyyarədə uçuşa reaksiyasını təcminləyə bilməmişdi. Təyyarəyə əyləşəndən az sonra Darrel Hemiltonda ürəkbulanma başlayıb. Fəqət o, niyyətini gerçəkləşdirməkdə qərarlı […]

Evlilik təklifi etdi, rüsvay oldu – VİDEO

576