A24 Xeber

Eynək taxanlarla bağlı araşdırma – Zəkalıdır və bu xəstəliklərə tutulmurlar…

Eynək taxanlarla bağlı araşdırma – Zəkalıdır və bu xəstəliklərə tutulmurlar…
83
03 İyun 2018 - 16:00

Şotlandiyada araşdırma aparan alimlər eynək taxmaqla yüsək zəka arasında əlaqənin ola biləcəyini müəyyən edib.

“A24.az” bildirir ki, “Edingburgh” Universitetinin alimləri “eynək taxan insanlar  daha zəkalı olur” fikrinin elmi cəhətdən nə dərəcədə düzgün olduğunu aydınlaşdırmaq üçün araşdırma aparıb.

Araşdırma zamanı yaşları 16-102 arasında olan 300 mindən çox insanın zehni və qavrama qabiliyyətlərindən istifadə edilərək analiz edilib.

Araşdırma məlum olub ki, daha yüksək zəka səviyyəsinə sahib olan iştirakçıların genləri araşdırıldığı zamanı onların 30 faizinin eynəkdən istifadə etmək məcburiyyətində olduğunu aşkar edib.

Yüksək zəka görmədə problemlərin yaranmasını özüylə birlikdə gətirdiyi kimi, bəzi sağlamlıq avantajlarına da səbəb ola bilir. Araşdırmaçılar eynək taxan insanların ağ ciyər xərçəngi, depressiya, ürəkdə spazm kimi sağlamlıq problemlərinə daha az meyilli olduqlarını da müşahidə edib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00