Eyni vaxtda 4 böyük universitetə qəbul oldu - Azərbaycanda İLK - VİDEO

Eyni vaxtda 4 böyük universitetə qəbul oldu – Azərbaycanda İLK – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda bir ilk yaşanıb. 11-ci sinif şagirdi dünyada məhşur olan 4 universitetə eyni anda qəbul olub. Onun əsas məqsədi isə xaricdə təhsil alıb azərbaycanda iqtisatçı kimi işləməkdir. Həmin istedadlı gənci siz də tanıyın.

11-ci sinifdə oxuyur, amma dünyanın 4 nüfuzlu universitetinə qəbul olub.

“A24.az” “xezerxeber.az”a istinadən bildirir ki, söhbət Bakıda yerləşən 93 saylı tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlıdan gedir. Onun sözlərinə görə, 2 il bundan öncə ingilis dilini öyrənməyə başlayıb və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşısına məqsəd qoyub.Məqsədinə çatmaq üçün isə bir neçə imtahan verib.Çəkdiyi əziyyətin bəhrəsi isə uğurla nəticələnib.

İlkin Bayramlı bu il imtahanalarda qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.Bununla yanaşı,o, bir neçə universitetdə də təhsil almaq imkanı qazanıb.

İstedadlı gənc deyir ki, əsas məqsədi xaricdə təhsil alıb Azərbaycana yüksək səviyyəli iqtisadçı kimi qayıdıb öz ölkəsinə töhfə verməkdir.

Qeyd edək ki, İlkin Bayramlı məktəblərarası fənn olimpiadalarında iştirak etməklə yanaşı, həm də ABŞ-da Yale Universitetinin təşkil etdiyi “Yale Young Global Scholars” proqramına da qəbul olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar