Eynşteynin yazdığı məktubun ƏSLİ tapıldı

Eynşteynin yazdığı məktubun ƏSLİ tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu-Yorkda, Leo Bek adına İnstitutda saxlanılır. Bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

A24.Az xəbər verir ki, Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb. Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış. Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi–sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.

1952-ci ildə Y.Hirşin 70 illiyi ilə əlaqədar o, mühacir həyatına qədər müəllimlik etdiyi Berlin Azad Universitetinin fəxri doktoru adına layiq görülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar