A24 Xeber

“F-35”ləri istehsal edən şirkət təzyiqlərə məhəl qoymadı – qırıcılar Türkiyəyə veriləcək

“F-35”ləri istehsal edən şirkət təzyiqlərə məhəl qoymadı – qırıcılar Türkiyəyə veriləcək
41
14 İyun 2018 - 13:15

“F-35” qırıcılarını istehsal edən “Lockheed Martin” şirkətinin səlahiyyətli işçisi iyunun 21-də qırıcıların təslim ediləcəyini açıqlayıb.

“A24.az” “yeniakit.com.tr”yə istinadən xəbər verir ki, “F-35”lərin Türkiyəyə verilməməsiylə bağlı konqresdə qızğın müzakirələrin getməsinə baxmayaraq, hazırlıqların sürətlə davam etdiyini bildirilib.

“Lockheed Martin” şirkətinin səlahiyyətlisi Amerikanın “Defence News” saytına verdiyi yazılı açıqlamasında ABŞ konqresində “F-35”lərin Türkiyəyə təslimatıyla bağlı müxaliflərin verdiyi səsverməyə baxmayaraq, qırıcıların iyunun 21-də təslim ediləcəyini bildirib.  Şirkət işçisi planlaşdırılan təqdimat mərasimindən sonra qırıcıların dəniz yolu ilə “Luke” hərbi hava bazasına aparılacağını və türk pilotların burada təlim üçün hazır vəziyyətdə olacaqlarını söyləyib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00