F.Alonso karyerasını bitirir?

F.Alonso karyerasını bitirir?
Want create site? Find Free WordPress Themes and plugins.

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, yaxın dostu Fernando Alonso tezliklə McLaren komandasından ayrıla bilər.

“A24.az” F-1.az-a istinadən bildirir ki, Fernando Alonso mövsümün ilk yarışı Avstraliyada mükəmməl performans göstərsə də, sona 4 dövrə qalmış asılqanı qırılmış və mübarizəni dayandırmalı olmuşdu.

Mark Uebber: “Alonso komandası McLaren-lə davam etməyə bilər. Bəlkə də, Stoffel Vandornun yeni komanda yoldaşı olar. Alonso hazırda çox məyusdur. O, 6-cı və ya 7-ci olmaq üçün mübarizə aparmaq istəmir. Xal qazanmaq onun üçün vacib deyil. Qələbə uğrunda mübarizə aparmaq istəyir”.

Uebber gənc Stoffel Vandorn barədə də xoş sözlər deyib: “Onun gözəl karyerası olacaq. Amma komandası və bolidi rəqabətədavamlı deyil. Lakin bir gün zirvəyə yüksələcək. Bu cür çətin vəziyyətdən çıxa bilər. O hələ ilk mövsümündə öyrənməklə məşğuldur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar