A24 Xeber

“Facebook” gələn il bağlana bilər

“Facebook” gələn il bağlana bilər
55
29 May 2018 - 9:02

“Roskomnadzor”un rəhbəri Aleksandr Jarkov bu il sosial şəbəkələrin Rusiya qanunlarına riayət edib-etmədiyi ilə bağlı yoxlamaların keçiriləcəyini deyib.

“A24.az” bildirir ki, sosial şəbəkələrin bağlanması gündəmdə olmasa da, yoxlama böyük cərimələr tətbiq edə bilər.

Bildirilir ki, Rusiya qanunlarına məhəl qoymayacağı halda, feysbukun gələn il bağlanma məsələsinə baxıla bilər.

A.Jarov deyib ki, bu gün “Facebook”un ən böyük problemi düzgün olmayan xəbərlərin geniş yayılmasıdır: “Biz cərimə edə bilərik, uzağı yalan xəbər yayan bir-iki səhifəni bağlatdıra bilərik. Bu, ciddi məsələdir. Ya onlar bunun hansısa həll yolunu tapmalı, ya da müqaviləyə birtərəfli qaydada xitam verilməlidir”.

Qeyd edək ki, bu ilin aprelində Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasına görə 50 milyon rubl cərimə tətbiq edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00