A24 Xeber

“Facebook” işçiləri üçün maaşları necə təyin edir?

“Facebook” işçiləri üçün maaşları necə təyin edir?
64
14 Mart 2018 - 9:50

“Facebook” işçilərinin nə qədər qazandıqları və maaşlarının necə təyin edildiyi hər zaman maraq dairəsində olan bir məsələdir.

“A24.az” bildirir ki, feysbukda işləyənlərin maaşları bazarlıq etməklə təyin olunmur.

“Glassdoor” şirkətinin sosial şəbəkələrdə insan resursları üzrə əlaqədar sədr müavini Janelle Gale “Facebook”un işçilərinin maaşlarını necə təyin etdiyini və onları necə xoşbəxt etdiklərini açıqlayıb.

“Glassdoor”a görə “Facebook”da işləyənlərin illik qazancları təqribən 120 min dollardır. Mükafat və əldə edilən faydalı qazanclar da üzərinə gəlindiyi zaman bu rəqəm 155 min dollara qədər qalxır.

“Facebook” işçilərinə ödəyəcəyi maaş və mükafatları hesablayarkən onlarla bazarlıq etmək yerinə işin kateqoriyası, təcrübə səviyyəsi və məkan kimi faktorları nəzərə alır.

Gale bildirir ki, işçilərin maaş və mükafatları təyin edilən zaman daha əvvəl aldıqları ödənişlər nəzərə alınır. Əgər “Facebook”un təklifi işçinin hazırki qazancından aşağıdırsa, insan resursları mükafat paketləri hazırlayaraq təklifi daha cəlbedici edir. Lakin bu mükafat paketləri hazırlanan zaman işçinin “Facebook”a verəcəyi faydası da nəzərə alınır.

Gale onu da qeyd edib ki, təklif edilən maaşın qəbul edilməsi qadın və kişilər arasında dəyişir. Belə ki, qadınlar edilən ilk təklifi qəbul etsə də, kişilər bazarlıq etməyə meyillidir. Ona görə də “Facebook” qadın və kişi işçilərin gəliri arasında yarana biləcək uçurumun qarşısını almaq üçün hər işçiyə özəl mükafat paketləri hazırlayır.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00