A24 Xeber

“Facebook” istifadəçilərinə daha bir imkan YARADIR

“Facebook” istifadəçilərinə daha bir imkan YARADIR
37
16 Sentyabr 2018 - 0:51

“Facebook”un əməkdaşları istifadəçilərin şəkil və videolarında göstərilən  faktların həqiqiliyini yoxlayacaq.

A24.Az “iz.ru” resursuna istinadən yazır ki, sosial şəbəkənin nümayəndələri bildiriblər ki, “Facebook” üçün faktların yoxlanılması ilə məşğul olan 27 şirkət şübhəli foto və videoməzmunla işləyəcək. Bütün şübhəli dərclər işarələnəcək.

Bu yaxınlarda “Facebook” tərəfindən “Instagram” ilə birgə hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Süni intellekt real vaxt rejimində sosial şəbəkələrdə dərc edilmiş milyarddan çox şəkil, həmçinin videolardan mətni əldə etmək  və onu mətnin tanınması modelinə daxil etmək imkanına malikdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00