"Facebook" və "İnstagram" istifadəçilərinin NƏZƏRİNƏ: Diqqətli olun, SAXTAKARLIQLAR ARTIR

“Facebook” və “İnstagram” istifadəçilərinin NƏZƏRİNƏ: Diqqətli olun, SAXTAKARLIQLAR ARTIR
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq saxtakarlıqlar sosial şəbəkələrdə də özünü göstərir.
A24.Az-ın araşdırmalarına görə ən populyar şəbəkələrdə bu hal özünü tez-tez göstərməyə başlayıb. 2 milyard aktiv istifadəçisi olan “Facebook” və onun nəzdində yaradılan, bu gün üçün 1 milyarddandan çox istifadəçisi, 25 milyondan artıq rəsmi hesabın yer aldığı “İnstagram” reklam və təkliflər üçün tez-tez istifadə edilən platformlardır. Bu aktivliyə görə də kimi məşhur şəbəkələr kiber hücumların diqqət mərkəzinə çevrilib. ZeroFox Research-ın araşdırmalarına görə adıçəkilən şəbəkələrdə 40 mindən çox saxta profil aşkar edib. Belə ki, bu göstərici son iki ildir ki, 11 dəfə artıb.

Statistik məlumatlara görə hər gün tanınan simalar və məşhur markalar ümumilikdə 200 milyondan çox baxışa “tuş” gəlirlər. Bu şəbəkələrdə saxta profillərin olması, müdafiyə və təhlükəsizin isə yetərincə təmin olunmaması təbii ki, istifadəçiləri təşvişə salır. ZeroFOX Research araşdırmalarına görə isə bu saxta profillərdən 48% məhz dələduzluq və zərər verici linklərin yollanması üçün yaradılır. Maraqlısı bundadır ki, 38% faizlik göstəricidə isə insanların şəxsi məlumatlarının oğurlanması üçün yaradıldığı bildirilir.

Bu yolda addımlamaq üçün hətta reklama da əl atırlar. Bu nə deməkdir?
Yəni saxta profillərin güvənilirliyini inandırmaq üçün adıçəkilən məşhur səhifələrdə öz reklamlarını da pul qarşılığında yerləşdirirlər. Məqsəd gələcək əməlləri üçün daha rahat istifadəni təmin etməkdir.
Kiber hücumların bir məqsədi şirkət və məşhur simalara zərər vurmaqdırsa, bir digər məqsəd dələduzluq yolu ilə pul qazanmaq, şantaj yolu ilə şəxsi səhifələrdən “qazanc” əldə etməkdir.

Xəyalə Vaqif, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar