“Facebook”dan daha bir YENİLİK

“Facebook”dan daha bir YENİLİK
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın “Facebook” şirkəti tərəfindən “Instagram” ilə birgə işlənib hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, süni intellekt real vaxt rejimində “Facebook” və “Instagram”ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

“Facebook”un nümayəndələri dəqiqləşdiriblər ki, “Rosetta” neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkə, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.

Həmin neyron şəbəkənin əsasını 2015-ci ildə “Facebook”un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda “Rosetta” bir neçə dili tanıya bilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar