Faciəvi şəkildə dünyasını dəyişmiş gənc şair haqqında kitab təqdim edildi - FOTOLAR

Faciəvi şəkildə dünyasını dəyişmiş gənc şair haqqında kitab təqdim edildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Şair Fərhad Mete haqqında yazılmış kitabın təqdimatı keçirilib.

A24.Az xəbər verir ki, “Ömür – doğum günü hədiyyəmiz” adlı kitabın müəllifi Fərid Hüseyndir. Kitaba müəllifin Fərhad Mete gündəliyindən parçalar, haqqında deyilən fikirlər, şeirləri toplanıb.

Təqdimat mərasiminə qatılan qələm adamları – Səlim Babullaoğlu, Əyyub Qiyas, İbrahim İlyas və digərləri Fərhad Metenin şeirlərindən, haqqındakı xatirələrdən danışıb. 

Torpaq olacam…
(Fərhad Mete)

Mən bir şəhid meyitiyəm,

könüllü getdiyim yolu könülsüz qayıdıram,

üstümdə saç yolacaq boyalı qadınlar

və ağlayacaq qorxaq kişilər

məni aparmayın evimizə, nə olar, ruhum inciyər…

Üzüqara dönmək istəmirəm,

axı söz vermişdim o qıza qəhrəman olacam deyə,

elə buralarda basdırın məni,

yanıma qoyun silahımı, gülləmi,

yağış suyunu da qarışdırın qara torpağa

və çəkib doldurun üzümün cizgilərini,

bir az gülümsər, qayğısız görsənim…

Sonra üç rəngli bayrağıma sarın məni,

al qanım üstünə qırmızı rəngi düşsün,

saçlarını yolub rüzgara verməsin qadınlar,

və qorxmasın kişilər…

Mən uğrunda ölümdən gizlədiyiniz

bir ovuc torpaq olacam…

Qeyd edək ki, Fərhad Mete 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1984-1994-cü illərdə Sumqayıt şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb.   2008-2009-cu illərdə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil alıb. 2009-cu ildə Akif Səməd adına ədəbi mükafata layiq görülmüşdü.
2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Reportaj, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar