Faiq Ağayevdən Flora Kərimovaya: "Bu çirkin qalmaqal..."

Faiq Ağayevdən Flora Kərimovaya: “Bu çirkin qalmaqal…”
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Flora Kərimovanın həmkarı Zeynəb Xanlarova haqda dediyi sözlərə Faiq Ağayev münasibət bildirib.

“A24.az” bildirir ki, Axşam.az-ın məlumatına görə, F.Ağayev bildirib ki, bu mübahisə 2006-cı ildən davam edir:

“Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz.

Azərbaycan musiqisində müstəsna xidmətləri olan böyük sənətkara həqarət etmək, adını ləkələmək – öz xalqına sataşmaq deməkdir.

Son günlərin bu çirkin qalmaqalı illər əvvəl göstərdiyi azğın cəhdin davamıdır. Bu dünənin söhbəti deyil ki… 14 fevral 2006-cı ildə verdiyi müsahibənin birində də eyni hərəkətləri edib”.

Qeyd edək ki, F.Kərimova Z.Xanlarova haqqında qalmaqallı sözlər deyib, onu sənətkar kimi qəbul etmədiyini bildirib, onu “çörəyi dizinin üstə” adlandırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar