Faiq Əmirov 3 ay müddətinə həbs həbs edildi

Faiq Əmirov 3 ay müddətinə həbs həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.

AXCP sədri Əli Kərimlinin köməkçisi haqqında 3 aylıq həbs qərarı verilib. “A24.Az” APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq orqanının vəsatətinə baxılıb. Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda F. Əmirovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, F. Əmirov Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar