Farslar özlərini elə göstəriblər ki, ağlayırlar, ancaq uranı zənginləşdirəcək qədər elmdə irəli gediblər

Farslar özlərini elə göstəriblər ki, ağlayırlar, ancaq uranı zənginləşdirəcək qədər elmdə irəli gediblər
Want create site? Find Free WordPress Themes and plugins.

“Səlahəddin Özgündüz var, Türkiyədəki Cəfərilərin lideri hesab olunur. Azərbaycanla bağlı müəyyən xeyirli işlər gördüyünü istisna etmirəm. Buna görə Allah ondan razı olsun deyirəm. Lakin adam başdan ayağa bir cahil kimi danışır”.

“A24.az” bildirir ki, bu barədə millət vəkili Fazil Mustafa “facebook” səhifəsində yazı paylaşıb.

“Əleyhimizə bir video hazırladıb, bizə isbatlamağa çalışır ki, oradakı özlərinin təşkil etdiyi məktəblərdə azərbaycanlı işaqlara heç bir dini ideologiya aşılanmır. Məhz bu ideoloji zombiləşməyə qarşı biz dəfələrlə dövlətimizə çağırış etmişik ki, buradakı təhsili öz nəzarətinə götürsün. Bu mövzuda bizə orada yaşayan azərbaycanlılar tərəfindən dəfələrlə rəsmi və qeyri rəsmi müraciətlər də daxil olub. Ardınca adam nədənsə bizi üç fərqli ideologiyanın təmsilçisi olmaqda ittiham edir: kommunistlik, vəhabilik və fetöçuluq.

Səlahəddin Özgündüz

Kommunist sisteminə qarşı orta məktəb illərindən mübarizə apardığıma görə, xalq hərəkatında öncül mövqelərdə olduğuma görə belə bir tanıtım bizə bəri başdan yapışmayacaq. Vəhabiliyə də münasibətim mənfidir, çünki Səlahəddin Özgündüz qafasında olanların radikal düşüncəsi nə dərəcədə zərərlidirsə, vəhabilik də o dərəcədə zərərlidir. O zehniyyətdə olanların da əleyhinə onlarla məqalə yazmış və yobaz dinçiliyi tənqid etmişəm. Yəni bu ittihama da bir qoz. Fətullaha gəldikdə isə, o da eyniylə Səlahəddinlər kimi ağlayır, hönkürür, yəni mənbələri eynidir, sadəcə ağlama motivləri fərqlidir. Mən isə dində ağlamağa, özünə əzab verməyə qarşı açıq mövqe qoyuram. Hansısa ölkənin əlində maşa olmaq- istər Rusiya, istər Amerika, istər də İran, istər də İsrail, Almaniya, Fransa, fərq etməz, türk millətimizə qarşı düşmən olmaq deməkdir, onlara qarşı da dirənişimzi ortaya qoyuruq və qoyacağıq. Onların məktəblərini isə məhz Azərbaycanda açılmış bütün Türk məktəbləri kimi müdafiə etmişəm və bu gün də o fikirdəyəm ki, İran və Rusiyadan gələn məktəb ənənəsindən fərqli olaraq Türkiyə qardaş ölkəmiz olduğuna görə, türk məktəblərinin bizə təhlükəsi ola bilməz. Üstəlik də İslam dinində nə qədər məzhəb, təriqət varsa, bunları dinə yamaq təzahürlər hesab edirəm, bu dinin bir adı var İslam, ardıcıllarının da bir adı var: Müsəlman.

Bununla belə, hamının, o cümlədən Səlahəddin Özgündüzün də düşüncəsinə bir kültür hadisəsi kimi hörmətlə yanaşıram. Konkret şəxsin dini mərasimləri gözdən salan, insanlara hüzursuzluq verən artistliyinə qarşı deyilən fikirlərin də, ümumi şəkildə bir cameənin ittihamı kimi tələffüz edilməsini də ənənəvi böhtançılıqdan doğan yanaşma olduğunu təkrar vurğulamağı da artıq hesab edirəm. Yenə də Səlahəddin bəyin çıxışında üzüldüyüm məqam o oldu ki, adam açıqca etiraf edir və hətta fəxrlə söyləyir ki, farslara ağlamağı biz azərbaycanlılar öyrətmişik. Yəni bu bizim doğma kültürümüzdür. Ancaq Səlahəddin bəy kimi düşünən dostlarımız anlamalıdırlar ki, bu farslar sizə elə göstəriblər ki, ağlayırlar, onlar artıq elmi kəşflərlə məşğuldurlar, uranı zənginləşdirəcək qədər elmdə irəli gediblər, biz azərbayvanlılar isə hələ də mərsiyəmizlə fəxr edirik. Kimsənin inancına qarışmaq mənim həddim deyil, ancaq Allahı sevərsiniz, özünüz, irəlidə gələnləriniz rituallarınızda islahatlar aparın, ən azı farslar qədər elmə, ədəbiyyata, sənətə bağlılığı öz millətinizə aşılayın.

Modern dünyada bu görüntülər xoş deyil, müqəddəs saydıqlarınıza sevginizi də, sayğınızı da qoruyun, lakin bunu ideoloji silah kimi, mövhumat elementi kimi başqalarına çatdırmağa çalışmayın. Təmənnamız sadəcə budur və hansısa ideoloji fərqliliklərə görə dünyadakı azərbaycanlıların qardaşlıq duyğusuna zərər gəlməsini böyük Məhəmməd Əmin bəyin yolunu ideal olaraq görən bir insan kimi qətiyyən istəmərəm.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar