Fasiləsiz içməli su layihələri davam etdiriləcək - VİDEO

Fasiləsiz içməli su layihələri davam etdiriləcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

2018-ci ildə regionlarda görülən işlər çərçivəsində Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı və Ağcabədi şəhərlərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşdırılacaq. Eyni zamanda Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində, həmçinin Bakının Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi başa çatdırılacaq. Bir sıra şəhərlərdə isə su şəbəkələrinin tikintisi yekunlaşdırılacaq.

Bu barədə Azərsu Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı məlumat verib.

Onun dediyinə görə, əhalinin keyfiyyətli içməli su ilə təminatı məqsədilə paytaxtın bəzi prospekt və küçələrində su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulub. Bununla yanaşı, paytaxtın “Ağ şəhər” ərazisində və Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması layihələri davam etdiriləcək.

Azərsu Açıq Səhimdar Cəmiyyəti tərəfindən müasir tələblər səviyyəsində qurulan Təlim və İnnovasiyalar Mərkəzinin yaradılması layihəsi yekunlaşacaq. Qurum bu il daha 5 elektron xidmət istifadəyə verərək, elektron xidmətlərin sayını 9-a çatdıracaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar