Fazil Məmmədovdan gözlənilməz qərar: Bu şəxsi işdən çıxardı - FOTO 

Fazil Məmmədovdan gözlənilməz qərar: Bu şəxsi işdən çıxardı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
A24.Az xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlututduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.
Məlumat üçün bildirək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Qeyd edək ki, Fazil Məmmədov bir müddət əvvəl vergilər naziri vəzifəsindən azad olunub.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar