Fazil Məmmədovun başı dərddə: şəxsi təyyarəsi əlindən alındı

Fazil Məmmədovun başı dərddə: şəxsi təyyarəsi əlindən alındı
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən ilin 5 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Fazil Məmmədovun vəziyyətinin heç də ürəkaçan olmadığı deyilir.

“A24.az” xəbər verir ki, “azfakt.com”un əldə etdiyi məlumata görə, sabiq nazir “AtaBank”dan götürdüyü milyonlarla manat krediti ödəyə bilmir. Məlumatı verən mənbə bildirir ki, bu səbəbdən Fazil Məmmədova məxsus təyyarə əlindən alınıb.

Qeyd edək ki, keçmiş nazirin “Qolfstrim” markalı model təyyarəsi var. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi “AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. Bildirək ki, hazırda “AtaBank” İdarə heyyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevdir.

Məlumat üçün qeyd edək ki, sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar