A24 Xeber

FED-in uçot dərəcəsindən sonra neft bahalaşdı

FED-in uçot dərəcəsindən sonra neft bahalaşdı
569
16 Mart 2017 - 9:03

Neftin dünya qiymətləri çərşənbə günü ABŞ-ın Federal Ehtiyat Sisteminin illik baza faiz dərəcəsini qaldırmaqla bağlı qərarından dərhal sonra artımı sürətləndirib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 22:55-ə olan vəziyyətə görə, “Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 1,85 faiz qalxaraq bir barel üçün 51,86 dollara çatıb.

WTI markalı yüngül neftin aprel fyuçersləri 2,41 faiz bahalaşıb və bir barelə görə 48,86 dollara bərabər olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00