Fəhlələr niyə ölmək istədilər? - SƏBƏB

Fəhlələr niyə ölmək istədilər? – SƏBƏB
Want create site? Find Free WordPress Themes and plugins.

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin səbəbi məlum olub. 

“A24.az” bildirir ki, Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamaya görə, altı nəfərin intihara cəhd etməsinin səbəbi əməkhaqlarını ala bilməməsi olub:

“Onlar “Aves” MTK-dan işdən azad olunublar. İki aylıq əməkhaqları olan 1200 manat pul onlara ödənilməyib. Buna etiraz əlaməti olaraq, Sabunçu rayon sakinləri – 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu, 1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd ediblər”.

“Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar