Fələstin ABŞ-dakı səfirini geri çağırdı

Fələstin ABŞ-dakı səfirini geri çağırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Fələstin rəhbərliyi ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi qərarına cavab olaraq Vaşinqtondakı nümayəndəsini geri çağırıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Fələstin Dövlət Başçısı Mahmud Abbasın ABŞ səfirliyini Qüdsə köçürməsi qərarına cavab olaraq Fələstinin Vaşinqtondakı nümayəndəsi Hosam Amlotu geri çağırılıb.

Baş məsləhətçi Saeb Ereka, Fələstin televiziyasına verdiyi açıqlamada Amlotun, Fələstinə qayıtmaq üçün yola çıxdığını bildirib.

ABŞ səfirliyini Qüdsə köçürmə qərarından sonra Qəzzada başlayan etirazlara İsrail təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 50-dən çox Fələstinli həyatını itirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar