A24 Xeber

Fələstin lideri xəstəxanadan evə buraxılıb

Fələstin lideri xəstəxanadan evə buraxılıb
23
29 May 2018 - 8:23

Fələstin lideri Mahmud Abbas xəstəxanadan evə buraxılıb.

“A24.az”ın məlumatına görə, bu barədə ABC xəbər verib.

Məlumata əsasən, M.Abbas mayın 28-də xəstəxananı tərk edib.

“Şükür Allaha, bu gün xəstəxanadan evə buraxıldım. Hazırda sağlamam və sabahdan iş başında olmağı planlaşdırıram”, – deyə Fələstin lideri bildirib.

83 yaşlı Fələstin lideri mayın 20-də xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb kimi onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətinin pisləşməsi göstərilirdi.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00